Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Zurna

Xüsusi səsə malik olan zurna, igidliyi və cəsarəti tərənnüm etmişdir. Ərik, qoz, tut ağaclarından yonulan zurnanın gövdəsində üst tərəfdən 7, alt tərəfdən 1 oyuğu olur.
Onun zil pərdələrdə dolanan sədaları el şənliklərini, milli rəqsləri və vətənpərvərlik mahnılarını bəzəyir.
Başlanğıcını “surnay” sözündən götürən nəfəs aləti hərb meydanlarında, cənglərdə və bir sıra mərasimlərdə ifa edilirdi.
Aşıq yaradıcılığında xüsusi yeri olan zurna ansambl və orkestrlərin tərkibinə də daxildir.
Klassiklərin əsərlərində, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında təsvir olunan zurna türk xalqlarının sevilən musiqi alətidir.
Dahi bəstəkar Üzeyir Hacıbəyli "Koroğlu" operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.

Oxunub: 357

Əlavə olunub: 13.06.2022 10:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz