Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Tütək

Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan tütək üz hissədən 7, alt tərəfdə 1 oyuğa malik boruşəkilli gövdədən ibarət olub ərik, qoz, tut ağaclarından düzəlir.
 
Səsinin sehrini təbiətdən alan nəfəs alətində el havaları, muğamlar, xalq mahnıları ifa olunur.
Adı dildə assimilyasiyaya uğrayaraq tütəyə çevrilən nəfəs aləti xalq çalğı alətləri orkestrinin tərkibinə daxil olunmuşdur.
 
Peşəkar nəfəs aləti olan tütək Avropa səyyahlarının yazılarında, “Kitabi-Dədə Qorqud” dastanında, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və s. mütəfəkkirlərin əsərlərində vəsf edilib.

Oxunub: 336

Əlavə olunub: 06.06.2022 10:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz