Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Saz

Türk dünyasının rəmzi sayılan sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır.
Ölçüsünə görə cürə, qoltuq və ana saz kimi növləri olan musiqi aləti əvvəllər 6-7, sonralar 8-9 simdən ibarət olub.
Müxtəlif xalqların dilində "bağlama", "çoğur", "çunğur", "buzuki" adlanan saz ona oxşar alətlərdən çalğı texnikasına, səsyayımına və akustikasına görə seçilir.
Cahangir Cahangirovun "Aşıq Alı" kantatası, Qara Qarayevin "Aşıqsayağı" simfonik transkripsiyası, Süleyman Ələsgərovun “Aşıqvari”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında “Aşıq mahnısı” əsərləri saz partiyalarına malikdir.
Müxtəlif məktəblərdən ibarət olan aşıq sənəti Aşıq Ələsgər, Aşıq Alı, Sarı Aşıq, Ədalət Nəsibov, Aşıq Şəmşir və başqa ifaçılarla tanınır.

Oxunub: 375

Əlavə olunub: 08.06.2022 17:37

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz