Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Qopuz

Türk xalqlarının sevilən musiqi aləti olan qopuzun "kobuz", "kobza", "komuz", "komız" və başqa adları məlumdur.
Alət haqqında ilk məlumata Vanyen-Tenin kitabında rast gəlinir. Üz hissəsi qismən dəri, qalan hissəsi nazik taxta üzlüklə örtülən qopuzun ikisimli, üçsimli və beşsimli növləri mövcuddur. Mifoloji rəvayətlərə görə ozan çalğı aləti hesab edilən qopuz Dədə Qorqud tərəfindən yaradılıb.
 
Musiqi risalələrində, lüğətlərdə, eləcə də “Manas”, “Əhməd Harami” dastanlarında, Mahmud Kaşğarinin “Divanü lüğat-it-Türk”, Övliya Çələbinin “Səyahətnamə” əsərində qopuz haqqında məlumata rast gəlinir.

Oxunub: 8981

Əlavə olunub: 20.06.2022 20:13

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz