Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Çoğur

Şah İsmayıl Xətainin "Dəhnamə"sində təsvir edilən çoğur orta əsrlərdə geniş istifadə olunub. Zamanla unudulmağa məhkum olan musiqi aləti Məcnun Kərimov tərəfindən bərpa edilmişdir.
 
Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağaclarından hazırlanan çoğurun çanağı üst hissədən 4 mm qalınlığında ağac üzlüklə örtülür.
 
"Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində və Əli Rza Yalçının “Cənubda türkmən çağları” əsərində çoğur barədə məlumat verilir. Mənbələrdə musiqi alətinin "çuxur", "çoğor", "çoğur" kimi adlarına da rast gəlinir.

Oxunub: 572

Əlavə olunub: 06.05.2022 14:27

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz