Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli mətbəx: Quba bükməsi

Bükmə qubalıların çay süfrəsinin əsl bəzəyidir. Adətən isti-isti yeyilən bükmənin hazırlanma prosesi paxlava ilə müqayisədə daha sadədir.
Bükmə hazırlamaq üçün un və su ilə sadə xəmir yoğrulur. Daha sonra mis qabda riştə adlanan paxlava təbəqələri hazırlanır. Bükmə hazırlayarkən təbəqələrin arasına qoz içliyi qoyulur, sonra qatlanır.
Dördkünc formasında olan bükmə qonaqlara, necə deyərlər, birbaşa sobadan təqdim edilir, çünki o vaxt çox yumşaq və dadlı olur. Qubalılar paxlavadan daha çox bükməyə üstünlük verirlər. Bükmənin dadına baxdıqdan sonra hətta qurmanlar belə onun daimi pərəstişkarlarına çevrilir.

Oxunub: 1329

Əlavə olunub: 07.10.2022 09:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz