Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” adlı seminar keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 19 fevral 2025-ci il tarixində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində təşkili nəzərdə tutulan seminarın əsas məqsədi Qərbi Azərbaycanda folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, mətbəximiz və bu kimi milli dəyərləri özündə əks etdirən mövzuların işıqlandırılması və gənc nəslə ötürülməsidir.

Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı nəzərdə tutulub.

Seminarda tamaşaçı qismində iştirak sərbəstdir.

Oxunub: 527

Əlavə olunub: 14.02.2025 09:26

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası