Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli hökumət Gəncədən Bakıya köçdü

1918-ci ilin 15 sentyabr tarixində Nuru Paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.

Oxunub: 500

Əlavə olunub: 15.09.2020 07:37

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz