Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli dirçəliş günü elan edilib

17 noyabr 1988-ci il tarixində Bakıdakı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı.

Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı.

1992-ci ildə 17 noyabr Milli dirçəliş günü elan edilib.

Oxunub: 594

Əlavə olunub: 17.11.2020 06:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz