Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mİ-8” vertolyotu ermənilər tərəfindən vurulub

1991-ci ilin 20 noyabr tarixində Göyərtəsində Azərbaycanın hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçiləri olan “Mİ-8” vertolyotu Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulub.

Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi.

Ümumilikdə, terror aktı nəticəsində 22 nəfər həlak olub.

Oxunub: 552

Əlavə olunub: 20.11.2020 07:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz