Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Metodiki vəsaitlərin təqdimatı rəqəmsallaşır

Yaşadığımız qlobal proseslər sahələrin qarşısında yeni fəaliyyət formatlarının müəyyən edilməsini tələb edir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də öz vəzifə funksiyalarının icrasını yeni formatda davam etdirir.  Metodiki vəzifələrin icrası çərçivəsində Mərkəz öz rəsmi internet resursları üzrərindən “Elektron mədəni konsaltinq xidmətləri” çərçivəsində məsafəli iş rejimində də müxtəlif səpkili fasiləsiz onlayn layihələri reallaşdırır.

Bunlardan biri 8 iyul 2020-ci tarixində təşkil olunmuş  Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin əməkdaşı Aygün Balabəyovanın “Xüsusi karantin rejimində mədəniyyət müəssisələrinin fəaliyyəti" adlı metodiki tövsiyəsinin təqdimatıdır.

Müəllif tədqim edilən tövsiyə haqqında qısaca məlumat vermişdir. Tövsiyənin pandemiya ilə əlaqədar olaraq müəssisədaxili təhlükəsizlik tədbirlərinin görülməsi, əməkdaşların sağlamlığının qorunması, müəssisənin fəaliyyətində davamlılığın təmin edilməsi yolları, əməkdaşların distant fəaliyyətinin təşkili kimi mövzuları əhatə etdiyini bildirmişdir. Xüsusi karantin rejiminin tətbiq edildiyi bir dövrdə mədəniyyət müəssisələrinin öz auditoriyasını itirməmək üçün onlayn proqramların həyata keçirilməsi istiqamətində bir sıra alətlərin və üsulların tətbiq edilməsinin vacibliyi vurğulanmışdır.

Təqdimatda çıxış edənlər Mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaıları Nurəddin Babazadə, Sevinc Cəfərova A.Balabəyovanın hazırladığı metodiki vəsait ətrafında fikir mübadiləsi aparmışlar.

Mərkəzin direktoru Asif Usubəliyev münasibət bildirərək bir neçə təkliflərlə çixış etdi.

 

Oxunub: 698

Əlavə olunub: 08.07.2020 09:27

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz