Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Metodiki tövsiyələrin onlayn təqdimatı” layihə

          Ölkəmizdə Koronavirus (COVID-19) infeksiyanın yayılması ilə əlaqədar yaranmış fövqal vəziyyəti, həmçinin Mədəniyyət Nazirliyin mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili 78-F nömrəli 12 mart 2020-ci il tarixli əmrini nəzərə alaraq,  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi 18 mart 2020-ci il tarixindən “Elektron Mədəni Konsaltinq” çərçivəsində məsafəli və onlayn iş rejiminə keçdiyini elan edir. Bu rejim çərçivəsində Mərkəz müxtəlif səpkili onlayn layihələr təqdim edəcəkdir.

          Təqdim olunacaq layihələrdən biri olan “Metodiki tövsiyələrin onlayn təqdimatı”  martın 18-də, saat 14.00-da Mərkəzin rəsmi saytı, Facebook, İnstaqram və digər portallarda start götürəcək.

         “Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları” mövzusunda tövsiyənin ilk onlayn təqdimatı Mərkəzin sektor müdiri Nadir Məmmədov tərəfindən aparılacaqdır.

 

Oxunub: 981

Əlavə olunub: 17.03.2020 08:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz