Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Metodiki dəstək davam etdirilir

Regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə metodiki dəstək davam etdirilir.
Mədəniyyət Naziriyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Nazirlik tərəfindən qarşıya qoyulmuş vəzifəyə və cari ilin iş planına uyğun olaraq, regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ehtiyaclarının öyrənilməsi və onlara metodik yardımın göstərilməsi məqsədilə təhsil müəssisələrinə baş çəkir və müvafiq köməklik göstərir.
 
Metodiki yardım zamanı məktəb rəhbərliyi və pedaqoji heyətin fikirləri dinlənilir, təklifləri ümumiləşdirilərək qeydə alınır, müəssisənin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsi aparılır. Mərkəzin nümayəndələri baş çəkdikləri məktəbin musiqi alətləri və onları sazlığı, istifadə olunan musiqi ədəbiyyatı, proqram və iş planı, inzibati və tədris heyəti, maddi texniki təminat və inzibati binanın cari vəziyyəti haqqında maraqlanır müəsisənin əməkdaşlarının da ümumi rəyləri daxil olmaqla müvafiq qeydlər aparır və mövcud olduğu təqdirdə hər hansı bir çatışmazlığın aradan qaldırılması üçün müvafiq addımlar atır. Göstərilənlərlə yanaşı canlı dərs prosesində yaxından iştirak edir, eyni zamanda təhsil alan şagirdlərlə söhbət aparılır və onların təhsil və yaradıcılıq barədə təsəvvürlərinin nəzərə alınması ilə bağlı bədii təhsil müəssisəsinə tövsiyələr təqdim edir.
 
Məlumat üçün bildiririk ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bugünədək Gədəbəy, Şəmkir, Qazax, Ağstafa, Şirvan, Sabirabad, Hacıqabul, Füzuli, Beyləqan, Kürdəmir rayonlarında olmuş və adıçəkilən bölgələrdə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə müvafiq dəstək göstərmişdir. Sonuncu dəfə cari ilin sentyabr-oktyabr aylarında Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı uşaq musiqi və incəsənət məktəblərinə baş çəkilimişdir. Hazırkı metodiki yardım proqramının qısa zaman ərzində respublika üzrə əhatə olunması planlaşdırılır.
 
Qeyd edirik ki, yerlərdə bədii təhsilə olan marağın artırılması, uşaq musiqi və incəsənət məktəblərinin müasir imicinin formalaşdırılması və yeni konseptual yanaşmanın tətbiqi məqsədilə aparılan araşdırmalar təhlil edilir, fəaliyyətin səmərəli təşkili və mövcud maneə yaxud çatışmazlığın aradan qaldırılması yolları haqqında əməkdaşların rəyi nəzərə alınmaqla yekun təkliflər hazırlanır.

Oxunub: 645

Əlavə olunub: 15.10.2021 15:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz