Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mərziyyə Davudova anadan olub (1901-1962)

25 noyabr 1901-ci il tarixində Azərbaycanın və SSRİ-nin Xalq Artisti, aktrisa Mərziyyə Davudova anadan olub (1901-1962).

Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılan M.Davudovanın ilk rolu 16 yaşında Həştərxanın İqbal məktəbində “Birinci teatr” adlı ikipərdəli tamaşada oynadığı Əfifə obrazı olub. Aktrisanı ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub.

M.Davudova Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaradıb. Geniş yaradıcılıq diapazonuna malik aktrisa Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib.

O, “Hacı Qara” (1929), “Bir ailə” (1943), “Bakının işıqları” (1950) kimi bir sıra filmlərdə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən M.Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi. O, Xalq Artisti Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

Oxunub: 790

Əlavə olunub: 25.11.2020 07:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz