Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mərkəzin direktoru vəzifəsinə təyinat olub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsinə təyinat olub.
 
Bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xələfbəyli Səadət Vaqif qızı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru təyin olunub.
 
Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub.
 
2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya Tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib.
 
2001-2003-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib. 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.
 
Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında S.Xələfbəyli Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini təyin olunmuşdur.

Oxunub: 2414

Əlavə olunub: 02.02.2021 13:57

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası