Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mərkəz növbəti vebinar keçirmişdir

2021-ci ilin 5 mart tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bədii təhsil şöbəsi tərəfindən 2021-ci ilin birinci yarım ili üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Ana və Vətən mövzusu Azərbaycan bəstəkarlarının yaradıcılığında” adlı vebinar keçirilib.
 
Zərif olduğu qədər də zəif olmayan Azərbaycan qadınları hər zaman öz düşüncə tərzi, fikri və əməli ilə seçilmişlər. Tədbirin keçirilməsində əsas məqsəd “Ana və Vətən” mövzusunun bəstəkar əsərlərində təbliği, həmçinin incəsənət sahəsində aktuallığından ibarətdir.
 
Məlum olduğu kimi, hər iki söz vəhdət təşkil edir. Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaq əsas amillərdən biridir. Bu nöqteyi-nəzərdən, sevgi hislərini bizə aşılayan, sevdirən isə məhz Azərbaycan qadınlarıdır.
 
Vebinarda Azərbaycan Respublikasında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorlarının iştirakı ilə “Ana və Vətən” mövzusu bəstəkar , xor, rəsm əsərlərində, eyni zamanda qəzəl janrında təsviri ilə əlaqədar müzakirələr aparılmış və bununla bağlı musiqi nömrələri, rəsm əsərləri nümayiş etdirilmişdir.

Oxunub: 530

Əlavə olunub: 06.03.2021 17:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz