Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mərənd sülh sazişi imzalanıb

10 sentyabr 1618–ci il tarixində Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib.

Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı.

Oxunub: 4346

Əlavə olunub: 10.09.2020 07:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz