Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” (video)

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib.
 
Cari ilin 10 may tarixində keçirilən dövlət tədbirində Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətinin başçı və müavinləri, digər dövlət strukturlarında çalışan məsul vəzifəli şəxlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir ilk öncə Ulu Öndərin abidəsi qarşısında gülqoyma mərasimi ilə başladı. Daha sonra region incəsənət məktəblərinin şagirdlərinin mövzuya uyğun, eyni zamanda Qarabağ və vətənpərvərlik tematikasında hazırladığı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
 
Tədbirin rəsmi giriş hissəsində Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış etdi. O, dahi şəxsiyyət ilə olan görüş və xatirələrini iştirakçılarla bölüşdü. Daha sonra salamlama nitqini söyləmək üçün söz Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyliyə təqdim olundu. S.Xələfbəyli Heydər Əliyevin ölkəymizə rəhbərlik etdiyi dövrdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət, hərb, idman, gənclər, bir sözlə, bütün istiqamətlər üzrə gördüyü işlər barədə qısa məlumat verdi. Çıxışdan dərhal sonra Kollecin direktoru Səbinə Mehdiyevanın layihə rəhbərliyi ilə lentə alınan Heydər Əliyevin 99 illiyinə həsr olunmuş flaşmob geniş auditoriyaya eksklüziv olaraq ekran üzərindən təqdim edildi.
 
Proqramın bədii hissəsində Sumqayıt Musiqi Kollecinin Kamera Orkestri, Kollecin Xor kollektivi, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinn Xor kollektivi, Şəmkir şəhər Uşaq Musiqi Məktəbinn şagirdləri, eyni zamanda Respublika Muğam Musabiqəsinin qalibləri zəngin proqramla çıxış etdilər. KİV nümayəndələrinin də aktiv iştirak etdiyi dövlət tədbirinə geniş auditoriyaya ilk dəfə təqdim olunan Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” adlı kompozisiya ilə yekun vuruldu. Tamaşaçıların marağına səbəb olan proqram gurultulu alqışlarla yekunlaşdı.
 

Oxunub: 536

Əlavə olunub: 11.05.2022 14:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz