Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə 27 mart – Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək iştirakçılara əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, ittifaqın beynəlxalq əlaqələrindən danışıb.
Digər çıxışlardan sonra teatr sahəsində xidmətləri olan bir qrup sənət xadiminə ittifaqın "Teatr fədaisi" medalı, "Qızılgül" mükafatı və fəxri fərmanları təqdim olunub.
ATXİ-nin fəxri fərmanı ilə təltif olunanlar sırasında Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) direktoru Vüqar Hümbətov da var. O, MEMİM tərəfindən teatr sənəti ilə bağlı uğurla həyata keçirilən layihələrə görə bu təltifə layiq görülüb.
Vüqar Hümbətov mərkəzin fəaliyyətinə göstərdikləri diqqətə görə ATXİ-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, MEMİM-in “Regionlarda peşəkar teatr dərsləri”, “Nəsildən nəslə teatr” və “Aktyorluğu öyrən” layihələri böyük maraqla qarşılanır.
Oxunub: 314
Əlavə olunub: 31.03.2026 17:03