Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) 2026-cı ilin ilk altı ayı ərzində görülmüş işlərə dair hesabat yığıncağı keçirilib.
Mərkəzin direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov hesabat dövründə görülmüş işlər barədə ətraflı məlumat verib.
Daha sonra Mərkəzin şöbə və sektor müdirlərinin müvafiq struktur bölmələrin yarımillik fəaliyyəti barədə hesabatları dinlənilib.
İclasda MEMİM-in cari ildəki fəaliyyəti ətraflı müzakirə olunub, işin səmərəliliyinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Yığıncaqda həmçinin direktor müavini Yaşar Zeynalov, şöbə müdirləri Lalə Kərimova, Cəmilə Mirzəyeva, sektor müdirləri Nicat Həsənzadə, Günay Əliyeva, Zenfira Zeynalova, Fariz Yunisli və Dağlar Yusifovun çıxışları dinlənilib.
Oxunub: 258
Əlavə olunub: 13.10.2026 10:23