Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

MEMİM II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirib (video)

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə aprelin 7-də Bakıda II Uşaq Teatrı Festivalı keçirilib. 
Peşəkar milli teatrımızın yaranmasının 153-cü ildönümünə həsr olunan festival çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ustad dərsləri təşkil edilib. 
“Mən və teatr: uşaq və kukla tamaşalarının peşəkar əsasları” mövzusunda ustad dərsi rejissor Elşad Rəhimzadə tərəfindən aparılıb. “Əlahəzrət aktyor şəxsiyyət və müəllif kimi” mövzusunda ustad dərsi isə Əməkdar artist Qasım Nağının iştirakı ilə gerçəkləşib.
Ustad dərslərində iştirakçılara komanda ruhunda çalışmaq, səhnə mədəniyyəti və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb. Uşaq və yeniyetmələr təlimdə nəzəri məlumat əldə edib, eyni zamanda praktiki məşğələlər vasitəsilə öz yaradıcılıq potensiallarını daha da inkişaf etdirmək imkanı qazanıblar.
Ustad dərsləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Oxunub: 290

Əlavə olunub: 08.04.2026 09:01

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası