Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli 119-f nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilmişdir.
Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 18 iyul 2022-ci il saat 09:00-dan 28 iyul 2022-ci il saat 17:00-dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.
Namizədlər qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər: bit.ly/3bdgOSD
Ətraflı: bit.ly/3y4IqC6

Oxunub: 393

Əlavə olunub: 20.06.2022 21:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz