Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Məhdudiyyətsiz mədəniyyət” adlı vebinar

Сari ilin 2 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş “Məhdudiyyətsiz mədəniyyət” adlı vebinar keçirilmişdir.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş planına əsasən təşkil edilmiş vebinarda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Vitse Prezidenti Reyhan Cəfərova, Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli, Vətəndaşların Sosial Rifahi naminə İctimai Birliyinin sədri İradə Rzazadə, “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova, “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İB sədri Mətanət Qüdsi və Bakı şəhər Gözdən Əlil Uşaqlar üçün 38 Nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Əsab Əliyev çıxış etmişdir.
 
Vebinar iştirakçıları bütün sahələrdə əlillərin, xüsusi ilə uşaqların öz bacarıqlarını nümayiş etdirməsindən, musiqi festivallarında, rəsm sərgilərində, tədbirlərdə yüksək nəticələr nümayiş etdirməsindən bəhs edilib. Vurğulanıb ki, bütün bunlar əslində əlilliyi olan insanların hüquqlarının təmin edilməsinin vacibliyini gücləndirir beləliklə, onlar başqaları ilə birlikdə cəmiyyətdə tam, bərabər və effektiv şəkildə iştirak edə və həyatlarının bütün aspektlərində heç bir maneə olmadan irəliləyə bilirlər.
 
Tədbir zamanı Beynəlxalq Əlillər Gününə həsr olunmuş video rolikin təqdimatı keçirilmişdir. Bundan əlavə, tədbirdə Bakı şəhər Gözdən Əlil Uşaq Uşaqlar üçün 38 Nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Fidan Bağırovanın ifasında Tofiq Quliyevin “Qaytağı” əsəri, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Məhəmməd Abışovun ifasında Vasif Adıgözəlovun “Bayram süitası”, Məmmədəli Əliyevin ifasında “Kor ərəbin mahnısı” dinlənilmişdir.

Oxunub: 490

Əlavə olunub: 03.12.2021 11:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz