Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyətdə könüllülük hərəkatı aktuallaşır

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllülük fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirir. Olduqca geniş könüllü kütləsinə malik olan Mərkəz 20 iyul 2020-ci il tarixində könüllülük fəaliyyətinə həsr olunmuş müzakirə təşkil edib.

Müzakirələrdə Mərkəzin əməkdaşları ilə yanaşı, regionlardan olan gənc mədəniyyət işçiləri iştirak ediblər.

İnnovativ inkişaf şobəsinin müdiri Nurəddin Babazadə Mərkəzin könüllülərlə bağlı fəaliyyətindən danışaraq ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkata çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirib. 

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

Mərkəzinin direktoru Asif Usubəliyev Azərbaycan dövlətinin milli maraqları naminə könüllülük hərəkatına qoşulan hər bir fəal gəncin ümumi işə töhfə verəcəyinə əmin olduğunu  ifadə edib. O, vurğulamışdır ki, bu tədbir mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması və müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə təşkil edilib.

Qeyd edək ki, bu günə qədər Mərkəzin mədəniyyət könüllüləri hərəkatına Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Humanitar Kollecinin tələbələri və digər gənclər qoşulmuşdur. 

Oxunub: 805

Əlavə olunub: 20.07.2020 07:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz