Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mədəniyyət rüzgarı” layihəsi Qubada qarmon ixtisası üzrə ustad dərsi ilə başa çatıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi

oktyabrın 30-da Quba şəhər Uşaq İncəsənət Məktəbində qarmon ixtisası üzrə ustad dərsi ilə yekunlaşıb.

Tədbirin əvvəlində MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək yerlərdə təşkil olunan bu qəbildən layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, təcrübəli pedaqoqların iştirakı ilə gerçəkləşən ustad dərsləri bölgələrdə musiqi tədrisinin inkişafına töhfə verir.

Sonra Bakı şəhər Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi, “Üzeyir Hacıbəyli mükafatı” laureatı Vüsal Qəhrəmanov tərəfindən aparılan ustad dərsi başlanıb.

Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında fəaliyyət göstərən musiqi məktəblərindən müəllim və şagirdlərin iştirak etdiyi dərsdə V.Qəhrəmanov qarmon alətində ifa texnikasının xüsusiyyətləri barədə məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələrini çatdırıb. Ustad dərsləri zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsinin Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edən tədbirləri Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Oxunub: 264

Əlavə olunub: 02.11.2026 15:25

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası