Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edili.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlətimizin başçısının digər Sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin imzaladığı daha bir Sərəncamla isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
Oxunub: 491
Əlavə olunub: 20.07.2020 17:02