Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət müəssisələri ilə KİV

8 dekabr 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Mədəniyyət müəssisələri ilə kütləvi informasiya vasitələri arasında işgüzar bağların qurulması” adlı vebinar keçirilib.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş planı çərçivəsində keçirilən tədbir nəsillərdən-nəsillərə keçib gəlmiş tarixi abidələrin öyrənilməsində, dünyada təbliğ olunmasında kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolunu vurğulamaq məqsədilə gərçəkləşib.
 
Vebinarda Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan televiziyasının folklor verlişlərinin baş redaktoru, əməkdar jurnalist Flora Xəlilzadə, Mədəniyyət telekanalının direktor müavini Bəhruz Niftəliyev, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Əminə Məlikova, AZTV – nin Teleradio Akademiyasının prorektoru, ictimai–siyasi departamentin redaktoru Almaz Nəsibova, İstanbul Times qəzeti və İstanbul TV–nin imtiyaz sahibi Hüseyin Çetiner, Xarıbülbül İntellect Online Academy-nin rəhbəri; ədəbiyyatşünas – yazıçı Çinarə Beydullayeva, Medya Ege jurnalında redaktor və yazar Aysel Atəş Abdullazadə, həmçinin Mərkəzin əməkdaşları iştirak ediblər.
 
Çıxış edən mütəxəssislər mədəniyyət müəssisələri ilə KİV arasında işgüzar münasibətlərin qurulması perspektivlərini müzakirə ediblər. Onlar qeyd ediblər ki, milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir və xalqımızın bu torpaqların qədim sakini olduğunu danılmaz faktlarla sübuta yetirir.
 
Eyni zamanda vebinar çərçivəsində vurğulandı ki, bu sahədə çalışan mütəxəssislər KİV-lərlə əməkdaşlıq etməklə bölgələrdə abidələrin qorunmasına və onların təbliğinə xidmət edəcək, həmçinin gələcək nəsillərə dövlətin, eləcə də hər birimizin layiqli töhfəsi olacaq.

Oxunub: 479

Əlavə olunub: 09.12.2021 14:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz