Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət işçilərinin peşə bilikləri

Ölkəmizdə yaranmış mövcud vəziyyət, habelə sosial izolyasiya və karantin şərtlərinə riayət olunması səbəbindən müəssisələrin fəaliyyətində rəqəmsal texnologiyaların aktuallaşmasını nəzərə alaraq, mədəniyyət işçilərində yeni peşə səriştələrinin formalaşması məsələləri müzakirə edilib. SİA-nın məlumatına görə, cari ilin 6 may tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunub. Mərkəzin əməkdaşları ilə yanaşı vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak edib. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət İdarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perespektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadilələsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük təlabat olduğu iştirakçılar tərəfindən bildirilib.

Tədbirin sonunda Mərkəzin direktoru A.Usubəliyev Nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildiribr.

Daha sonra Mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.

Oxunub: 642

Əlavə olunub: 06.05.2020 15:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz