Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət işçiləri arasında debatlar

17 iyun 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında debatlar keçirilmişdir. Belə ki, Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər Gənc mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvlərinin iştirakı ilə reallaşmış debatlarda eyni zamanda mədəniyyət könüllülüləri də iştirak etmişdir.

Debatlar çərçivəsində xüsusi olaraq müzakirə olunan mövzular sırasında müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və bizim mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular yer tutmuşdur. Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev vurğulamışdır ki, məhz bu cür açıq təşəbbüslər mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinə və onların sosial statusuna müsbət təsir göstərəcəkdir.

Belə ki, konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev Mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən Mərkəzin şöbə müdiri Nurəddin Babazadə mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zəruriyyətini də səsləndirilmişdir.

Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri Nahid Musayev, Ceyhun İsmayılzadə,  Mərziyyə Əmirxanlı, Pərviz Qasımov, Orxan İbrahimov, Emin Cəbrayıl, Nərmin Osmanova, Emil Xanlarov, Aysel İsmayılova, Cavid Əliyev və digərləri  öz fəaliyyətindən bəhs edərək maraqlı fikirlər səsləndirlmiş və canlı müzakirələr davam etdirilmişdir.

Mədəniyyət işçilərinin cəmiyyətdə daha fəal mövqe tutulmasında gənc mədəniyyət işçilərinin rolunu təkrar bildirən tədbirin iştirakçıları bu məqsədlə görüşlərin və müzakirələrin daha intensiv şəkildə təşkilinə dair qərar qəbul olunmuşdur.        

Oxunub: 584

Əlavə olunub: 17.06.2020 14:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz