Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəni konsaltinq xidmətləri davam edir

Məlumat verdiyimiz kimi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir. Belə ki, 19 may 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin "Mədəniyyət evləri: kreativ fəaliyyət yanaşmaları" mövzusunda canlı mühazirə təşkil olunub. Mühazirə mövcud olan Mədəniyyət evlərinin əməkdaşları və digər gənc mədəniyyət işçiləri üçün nəzərdə tutulub.

Zoom proqramı vasitəsi ilə baş tutmuş mühazirədə A.Usubəliyev mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyət evlərinin tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxundu. O, sahə üzrə  kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulamışdır. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, müəssisələr arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirmiş, mədəniyyət evlərinin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd etmiş, gənc kadrların Mədəniyyət evlərinə cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırmışdır. Mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması və digər pullu xidmətlər də müzakirə olunub.

Müasir kreativ və rəqəmsal metodlardan istifadə olunmasının və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə iştirakçıları mədəniyyət evlərinin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında, populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildirmişlər.

Qeyd olunmalıdır ki, mədəniyyət işçiləri ilə yanaşı mədəniyyət könüllüləri də sözügedən seminarda iştirak etmişdir.

Oxunub: 870

Əlavə olunub: 19.05.2020 11:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz