Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür

Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür.

Bu tarix Ümumdünya Meteorologiya Təşkilatının təsis edildiyi gündür. Belə ki, təşkilat 1950-ci ilin məhz həmin günü atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “İqlim və Su”dur.

Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidir. Departamentin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 8 stansiyadan sutka ərzində 8 dəfə dəniz hidrometeoroloji müşahidələri - dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s., 41 hidroloji məntəqədən çaylar üzrə suyun səviyyəsi və su sərfi haqqında məlumatlar alınaraq təhlil edilir, gündəlik icmallarda və proqnozlarda istifadə olunur.

Oxunub: 323

Əlavə olunub: 23.03.2020 08:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz