Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Malazgirt döyüşü

Malazgirt döyüşü 26 avqust 1071-ci ildə Böyük Səlcuqlu dövlətinin hökmdarı Alp Arslan ilə Bizans İmperiyasının hökmdarı IV Roman Diogen arasında baş vermiş döyüşdür.
Alp Arslanın qəti qələbəsi ilə başa çatan bu döyüş "Anadolu qapılarını türklərin üzünə sonsuza qədər açan son döyüş” kimi tanınır.
Bizans ordusu yunan və erməni qoşunlarından başqa ödənişli slavyan, qot, alman, frank, gürcü, peçeneq və qıpçaq əsgərlərindən ibarət idi.
Sultan Alp Arslan ordusuna və türk bəylərinə Anadolunu fəth etməyi əmr etdi. Bu əmrə əsasən, IV Roman Diogenin üstün qüvvələri məğlub edilib.
Malazgirt qələbəsi türklərin Anadoluya yolunu açıb mövqelərini möhkəmləndirdi.

Oxunub: 506

Əlavə olunub: 26.08.2022 21:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz