Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Lahıc misgərlik sənəti

Metalişləmənin inkişaf etmiş sahələrindən biri olan misgərlik Azərbaycanda çox erkən dövrlərdə meydana gəlmiş, bəzi mənbələrə əsasən misgərlik sənəti əsasən XVIII əsrdə inkişaf etmişdir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilmişdir.
Sənətkarların misdən hazırladığı, üzərini incə naxışlarla bəzədiyi əl işlərinin 40-dan artıq növü olub. Bu gün də misgərlik sənəti ayrı-ayrı ustalar tərəfindən yaşadılır. Qədim xalq sənətkarlığını və məişət mədəniyyətini əks etdirən misgərlik nümunələrinə bu gün muzey ekspozisiyalarında və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.
“Lahıcın misgərlik sənəti” 2015-ci il tarixində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxunub: 277

Əlavə olunub: 28.10.2022 09:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz