Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Kreativ Azərbaycan” platformasının ilk müzakirəsi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunmuş “Kreativ Azərbaycan” virtual platformasının ilk panel müzakirəsi keçirilib.

Virtual paneldə “COVID-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar” mövzusu ətrafında müzakirələr aparılıb.

Moderator qismində Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Panelistlər qismində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatı Şahin Seyidzadə, AzTV-nin sədr müavini Rüfət Həmzəyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumət İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, Ernst & Young şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirovun iştirak etdiyi panel müzakirəsində mövzu ətrafında bir sıra önəmli fikirləri səsləndirilib.

Panel müzakirəni “Kreativ Azərbaycan” portalının “YouTube” kanalında və ya “Facebook” səhifəsində izləmək olar.

Oxunub: 716

Əlavə olunub: 18.04.2020 06:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz