Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Korporativ etik davranış qaydaları”na dair təlim

29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Ilin yekunlarına dair tədbir təşkil olunmuşdur.
 
Tədbir çərçivəsində Mərkəzin əməkdaşlarına “Korporativ etik davranış qaydaları”na dair təlim keçirilmiş eyni zamanda Mərkəzin “#GözəlliyiƏməlinləYarat” heşteqi ilə paylaşılan Davranış Mədəniyyəti konsepsiyası çərçivəsində hazırlanan ilk sosial çarxının təqdimatı baş tutmuşdur.
 
İclas zamanı 2021-ci ilin yekunlarının dair həyata keçirilmiş tədbirlər barəsində çıxış edən Mərkəzin direktoru Səadət Xələfbəyli növbəti ildə qarşıda duran əsas hədəf və perspektivlər, habelə prioritet məsələlər barədə məruzə etdi. Mərkəzin fəaliyyət istiqamətlərinin müasir çağırışlara və dövrün tələblərinə uyğunlaşdırılmasının davam etdirilməsi, habelə effektiv və sosial layihəyönümlü tədbirlərə diqqətin ayrılmasının vacibliyi barədə fikirlərini bölüşdü.
 
Eyni zamanda, iclasda mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən tədqiqatların aparılması, təlimlərin təşkili, mədəniyyətin inkişafına xidmət edə bilən digər layihələrin reallaşdırılması müzakirə olundu.

Oxunub: 543

Əlavə olunub: 30.12.2021 15:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz