Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mayın 22-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və AMEA-nın Fəlsəfə İnstitututu ilə birgə təşkilatçılığı ilə “Koronavirus: yeni mədəni paradiqmalar” mövzusunda beynəlxalq videokonfrans kecirilib.
50-yə yaxın iştirakçıların, o çümlədən Rusiya, Qazaxıstan, və Azərbaycan mütəxəssislərin, həmçinin regionlarda calışan gənc mədəniyyət işçilərinin iştirakı ilə keçririlmiş videokonfransın əsas mövzusu mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və daha çox istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqtəyi nəzərdən müzakirə olunmuşdur.
Konfransda Fəlsəfə İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, fəlsəfə elmləri doktorları Fizuli Qurbanov, Anar Qafarov, Şölət Zeynalov cıxışlar ediblər. Metodiki mərkəz tərəfindən direktor, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə iştirak ediblər.
Yerli mütəxəssisləri ilə yanaşı konfransda Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi Anara Qabdullina iştirak etmişdir.
Çıxış edənlər qeyd ediblər ki, koronavirus sayəsində dünyanın bütün inkişaf etmiş texnologiyaları, bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və diqər sistemləri qaçınılmaz dəyişikliklər gözləyir. Dünya ibtidai cəmiyyətdən qloballaşma, informasiya, rəgəmsal texnologiya və virtual cəmiyyəti halına gəlməkdədir. Məhz bu dövrdə məqsədimiz maddi və qeyri-maddi mədəni dəyərlərimizi qorunması və gələcək nəsillərə çatdırılmasıdır.
Tədbirin sonunda konfrans iştirakçıların adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış rəsmi müraciət imzalanmışdır. Konfrans iştirakçılarına Mərkəz tərəfindən Sertifikat təqdim olundu.
Oxunub: 737
Əlavə olunub: 22.05.2020 10:44