Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kollektiv sahə sazişi müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova arasında onlayn görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanılması müzakirə olunub.

Onlayn görüşdə ittifaq üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qanunvericilikdə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müdafiəsinin təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Belə ki, qeyd olunan məsələlərin qarşılıqlı razılığa əsasən gələcəkdə tərəflər arasında bağlanılacaq kollektiv sahə sazişində öz əksini tapması nəzərdə tutulub.

Oxunub: 592

Əlavə olunub: 10.02.2021 10:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz