Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kazım Kazımzadə anadan olub (1913-1992)

10 avqust 1913-cü il tarixində Azərbaycanın Xalq Rəssamı, Dövlət mükafatı laureatı Kazım Kazımzadə anadan olub (1913-1992). Əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərən K.Kazımzadə ilk dövrdə Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkib. “Cəbhə yollarında” (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirib. Bakıda Səməd Vurğunun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını K.Kazımzadə verib.

Oxunub: 481

Əlavə olunub: 10.08.2020 09:54

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz