Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İslam Rzayev anadan olub (1934-2008)

1934-cü ilin 11 noyabr tarixində Azərbaycanın Xalq Artisti, “Şöhrət” ordenli İslam Rzayev anadan olub (1934-2008).

Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından olan İ.Rzayev peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində (indiki Bakı Musiqi Kolleci) Seyid Şuşinskinin sinfində alıb.

Müğənninin böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahur-Hindi”, “Rast” muğam dəstgahları AzTV-nin musiqi fonduna daxil edilib. İ.Rzayev “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” kimi bir sıra mahnılar da bəstələyib. O öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib.

Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa edib. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmış Xalq Artisti 120-dək gənc ifaçı yetişdirib.

Oxunub: 527

Əlavə olunub: 11.11.2020 06:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz