Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiyasının növbəti mərhələsi başlanır

İncəsənət təhsili sahəsində aparılan islahatlar çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2026-cı il fevral ayının 10-dan etibarən attestasiyasının növbəti mərhələsi başlayır.
Qeyd edək ki, təhsilverənlərin attestasiyasına hazırlıq işlərinə 2024-cü ilin noyabr ayından başlanılmış, 2025-ci ildə isə prosesin I mərhələsi uğurla yekunlaşmışdır. Belə ki, Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə keçirilən attestasiyada 4000-ə yaxın müəllim iştirak etmiş, onların böyük əksəriyyəti tutduqları vəzifəyə uyğun hesab edilmişdir.
2026-cı il ərzində həyata keçiriləcək attestasiyanın II mərhələsində 9 iqtisadi bölgə üzrə 57 inzibati ərazidə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin attestasiyasının aparılması planlaşdırılır.
Attestasiya aşağıdakı bölgələri əhatə edəcək:
- Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları)
- Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları)
- Lənkəran-Astara (Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları)
- Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)
- Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)
- Şəki-Zaqatala (Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonları)
- Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları)
- Dağlıq Şirvan (İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonları)
- Naxçıvan Muxtar Respublikası (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)
Cari ildə attestasiyada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

Oxunub: 409

Əlavə olunub: 10.02.2026 14:55

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası