Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İmran Qasımov anadan olub (1918-1981)

25 noyabr 1918-ci il tarixində Azərbaycanın Xalq Yazıçısı, Dövlət Mükafatı laureatı, dramaturq və kinossenarist İmran Qasımov anadan olub (1918-1981).

Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədibin yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindəndir.

İ.Qasımovun yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır“ , “Arzu”, “Xəzər üzərində şəfəq” kimi bir sıra əsərlərini misal göstərmək olar.

O, “Yeni horizont”, “Sovqat”, “Əbədi odlar ölkəsi”, “Bakıdan Göygölədək” və digər filmlərin ssenari müəllifi olub.

Oxunub: 623

Əlavə olunub: 25.11.2020 08:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz