Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İdarəçilikdə müasir tendensiyalar

2021-ci ilin 27 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “İdarəçilikdə müasir tendensiyalar: Yeni mədəni menecment” adlı vebinar keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd idarəetmədə müasir tendensiyalar, dövlət idarəçiliyində yeni menecment modelləri, menecment funksiyaları, mədəniyyət müəssisələrinin idarə edilməsində mədəni menecment və digər istiqamətlər üzrə müzakirələrin aparılması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və Mərkəzin bu sahələr üzrə araşdırmalar aparan alim, mütəxəssis və tədqiqatçıları çıxış etmişlər.

İdarəetmədə müasir tendensiyalar, müasir işçi modelləri, musiqi menecmentinin Azərbaycan musiqisinə tətbiqi, müasir dövrdə yeni idarəetmə tendensiyaları: Avropa təcrübəsi, müasir mədəni menecment və digər istiqamətləri əhatə edən çıxışlarda mövzunun aktuallığı xüsusi vurğulanıb.

Eyni zamanda vebinarda Abşeron rayon Heydər Əliyev Mərkəzi və MKS, eləcə də Xırdalan şəhər Mədəniyyət Mərkəzi və Onbirillik Musiqi Məktəbinin direktorları və rayon üzrə nümayəndəsi, Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, MKS, Uşaq Musiqi Məktəbinin direktorları, Abşeron MKS-in direktoru, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət evi, Aybasanlı kənd Uşaq Musiqi Məktəbinin direktorları, habelə Siyəzən və Quba rayon Mədəniyyət mərkəzlərinin direktorları, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları iştirak ediblər.

Oxunub: 451

Əlavə olunub: 28.04.2021 18:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz