Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İdarə olunmasında risklər müzakirə olunub

Məlumdur ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz fəaliyyətinin rəqəmsal formada tətbiqinin fasiləsizliyini təmin etmək məqsədi ilə mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə layihələri davam etdirir. Müxtəlif kateqoriyalardan olan mədəniyyət müəssiləri əməkdaşları üçün videotəlimlər, görkəmli şəxsiyyətlərə həsr edilmiş videoçarxlar, həmçinin müxtəlif səpkili vebinarlar, konfrans və görüşlər təşkil olunur.

Bu məqsədlə 6 avqust tarixində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin maarifləndirmə və İnkişaf Mərkəzinin direktoru Pərviz Quliyev  “İnsan resurslarının idarə olunması prosesləri və mövcud risklər” adlı mühazirəsi ilə çıxış edib. Bütün mədəniyyət sferasını əhatə edən mövzu tədbirdə iştirak edən 50-dən çox mədəniyyət işçiləri üçün maraqlı oldu, onları maraqlandıran suallar lazımınca cavablandırıldı.

Mərkəzin şöbə müdiri Nəzakət Rəhmanova çıxış edərək, bildirdi ki, tədbir mədəniyyət sahəsində çalışanların müasir peşə etikası təlimlərin keçirilməsi və əməkdaşlarda müasir səriştələrin formalaşmasına xidmət edən birgə mühazirələri çərçivəsində reallaşıb. Dəyişən reallıq və müəyyən olunan yeni amillər qaçılmaz olaraq konkret sahələrdə çalışan əməkdaşlardan yeni bilik və bacarıqları tələb etməklə yanaşı, yeni əmək münasibətlərin formalaşmasına da zəmin yaradıb.

Qeyd olunanlar ətrafında yerli və beynəlxalq təcrübəyə müraciət edərək tədbirin spikeri P.Quliyev əmək münasibətlərdə mövcud şəraitində yarana biləcək mübahisəli məsələlərə xüsusi olaraq toxunmuşdur.  

Mövzü ətrafında Mərkəzin əməkdaşları Elmira Məmmədli, Şevinc Cəfərova, Validə Hacıyeva  çıxış ediblər.

Mərkəzin elmi katibi Cavid Əliyev xüsusi karantin rejmində yumşalma və fəaliyyət sahələrinin tam açılması pandemiya və postpandemiya dövründə də klassik iş prinsiplərindən fərqli olaraq yeni yanaşmaların tətbiq olunması qaçılmazlığını vurğuladı. Bildirdi ki, bütün bunlar dəyişən dünyada peşə etikasnın yeni prinsiplərinin formalaşmasına gətirib çıxaracaqdır. C.Əliyev sahədə çalışan əməkdaşlardan yeni peşə səriştələrinin tələb olunduğunu qeyd edərək, çağdaş dünyamızda hər bir əməkdaşın peşə bilikləri ilə yanaşı yüksək fərdi məsuliyyət kimi keyfiyyətin mövcudluğunun önəmli əhəmiyyət kəsb etdiyini bildirdi.

Oxunub: 801

Əlavə olunub: 06.08.2020 08:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz