Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İctimai rəy sorğusu keçirilir

Mədəniyyət sahəsində islahatlar prosesi davam edir. İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanacaq Mədəniyyət Strategiyasında öz əksini tapacaq.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun və prioritet sahələrinin müəyyənləşdirilməsi və bu prosesdə geniş ictimai rəyin və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

Bu məqsədlə ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı, bu sahənin daha səmərəli şəkildə idarə edilməsi, milli yaradıcı potensialın reallaşdırılması ilə bağlı fikir və mülahizələrini bildirmək istəyən vətəndaşlar və yaradıcı insanlar Mədəniyyət Strategiyasının hazırlanması üçün ictimai rəyin öyrənilməsi sorğusunda iştirak etməyə dəvət olunur.

Oxunub: 544

Əlavə olunub: 18.11.2020 14:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz