Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Hökmdarlar arasında döyüş olub

30 iyul 1435–ci il tarixində Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail ola bilməyib. İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsində hakim oldu.

Oxunub: 777

Əlavə olunub: 30.07.2020 05:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz