Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Heydər Əliyevin irsi: liderlik, zaman və gələcək”

Mayın 8-də  AMEA-nın  Fəlsəfə İnstitutunun və Yeni Azərbaycan Partiyası Fəlsəfə İnstitutu üzrə ərazi ilk təşkilatının birgə təşəbbüsü ilə “Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn formatda elmi seminar kecirilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək hazırkı pandemiya şəraitində Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.

Seminarda institutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Bir millət, iki dövlət konsepsiyasının fəlsəfəsi”, fəlsəfə elmləri doktoru Sakit Hüseynov “Heydər Əliyev və İslam həmrəyliyi”, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova “Heydər Əliyev irsində informasiya cəmiyyəti quruculuğu”, hüquq elmləri doktoru İsaxan Vəliyev “Heydər Əliyevin hüquqi islahatları”, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Heydər Əliyev fenomeninin düsturu”, elmi işçi Tünzalə Musayeva “Azərbaycanda milli təhsil sisteminin formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri", elmi işçi Vüsalə Gülmalıyeva “Heydər Əliyev şəxsiyyəti və yaradıcı gənclər”, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov “Zaman keçdikcə dahiləşən və əbədiləşən siyasi lider”, fəlsəfə üzrü fəlsəfə doktoru Şölət Zeynalov “Şəxsiyyət fenomeni və zaman” mövzularında cıxışlar ediblər. Seminarda Azərbaycanın  son illərdə əldə etdiyi uğurların ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığı, ondan güc və qüvvət aldığı bildirilib, bu uğurların dayanıqlı və davamlı olmasında Prezident İlham Əliyevin apardıği müdrik siyasət ətrafında sıx birləşəməyin ziyalılar üçün ən vacib vəzifə olması tədbir iştirakçılarının ümumi fikri kimi qiymətləndirilib.

Oxunub: 663

Əlavə olunub: 09.05.2020 18:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz