Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Heydər Əliyevin doğum günündən 99 il ötür

Azərbaycan Respublikasının Ümummilli Lideri, milli mədəniyyətimizin və dövlətçilik ənənələrinin inkişafında misilsiz xidmətləri olan, Ulu öndər Heydər Əliyevin doğum günündən 99 il ötür.
 
Millətin tərəqqisini elm, təhsil və mədəniyyətdə görən Ümummilli Lider bu yolda müstəsna işlər görmüşdür. Onun rəhbərliyi dövründə ölkə və dünya əhəmiyyətli memarlıq kompleksləri yaradılmış, muzeylər, kitabxanalar, nəşriyyatlar, teatrlar, mədəniyyət evləri, qalereyalar, tədris korpusları, dövlət statuslu tikililər inşa edilmiş və istifadəyə verilmişdir. Azərbaycan muğamının dünyada təbliği, “Füzuli ensiklopediyası”nın təsis edilməsi, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsi, İçərişəhərin Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi, həmçinin, bir sıra Azərbaycan filmlərinin çəkilməsi Ulu öndərin ölkə mədəniyyətinə bəxş etdiyi incilərdəndir. Azərbaycanın elm, sənət, ədəbiyyat və mədəniyyət xadimlərinin dünya miqyasında tanıdılması Heydər Əliyevin xidmətləri sırasındadır.
 
Müasir Azərbaycanın memarı olan Ümummilli Liderin siyasi kursu beynəlxalq təhsil proqramlarına daxil edilmişdir. Dünya şöhrətli siyasətçi fəaliyyət illərində bütün sahələrin inkişafına, xüsusilə mədəniyyət sahəsinə böyük diqqət ayırmışdır.

Oxunub: 392

Əlavə olunub: 10.05.2022 08:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz