Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mayın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində çalışan əməkdaşların attestasiyası ilə əlaqədar onlayn məlumatlandırıcı görüş keçirilib.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Zoom” platforması üzərindən təşkil olunan görüşdə attestasiya prosesinin keçirilmə qaydaları, əsas məqsədi, tətbiq edilən mexanizm və qiymətləndirmə meyarları, hüquqi aspektlər haqqında ətraflı söhbət açılıb. Qeyd olunub ki, attestasiya prosesi işçilərin peşəkar bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, eləcə də bu sahədə fəaliyyətin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi barədə məlumat verilib, dahi siyasətçinin respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs olunub.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və attestasiyaya hazırlıqla bağlı müvafiq tövsiyələr verilib. Bildirilib ki, attestasiyanın obyektiv və şəffaf şəkildə həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılacaq, bu proses əməkdaşların gələcək peşəkar inkişafında mühüm rol oynayacaq.
Oxunub: 438
Əlavə olunub: 05.05.2026 16:00