Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Həsənağa Turabovun doğum günüdür (1938-2003)

24 mart 1938-ci il tarixində Azərbaycan Xalq Artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun doğum günüdür (1938-2003). 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu başa vuran H.Turabov elə həmin ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. "Yeddi oğul istərəm", "Babək", "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", “Qanlı zəmi”, "Bəyin oğurlanması" və başqa filmlərdə bir-birindən maraqlı rollar yaradıb.

Oxunub: 708

Əlavə olunub: 24.03.2020 06:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz