Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Həsənağa Turabovun doğum günü (1938-2003)

24 aprel 1938-сi il tarixində tanınmış aktyor və rejissor, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Azərbaycanın Xalq Artisti (1982) Həsənağa Turabovun doğum günü (1938-2003). 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu bitirdikdən sonra Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır.

Oxunub: 812

Əlavə olunub: 24.04.2020 06:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz